RU EN AZ

Estech.ws-ə xoş gəlmisiniz!

Estech (Easy solutions technologies) şirkəti Azərbaycanın İT sahəsində böyük iş təcrübəsinə malik olan yüksək ixtisaslı mütəxəssislərdən ibarət komandadır. Bizim komandamızın peşəkarlığı ölkəmizin İT bazarında həyata keçirilmiş layihələr üzrə uğurlu təcrübə ilə sübuta yetirilmişdir. Hazırda şirkət proqram-cihaz vasitələrinin təqdim edilməsi, İT-konsaltinq kimi geniş çeşidli peşəkar İT xidmətlər təklif edir. Bizim təcrübəmiz ilkin araşdırılmasından tətbiq edilməsinə və müşaiyət olunmasına qədər müxtəlif mürəkkəblik dərəcəsinə malik layihələrin həyata keçirilməsi ilə bazara effektiv İT həllərin çıxarılmasına imkan verir.

Hazırda effektiv informasiya idarəetməsi olmadan biznesin istənilən sahəsində effektiv fəaliyyət göstərmək mümkün deyil.

Çox vaxt informasiya sistemlərinin mürəkkəbliyi dinamik inkişaf edən şirkət üçün maneəyə çevrilir. Bizim firma informasiya resurslarının idarə olunmasını sadələşdirir və biznes proseslərin avtomatlaşdırılması ilə əlaqədar problemlərin həllində sifarişçilərimizə yardım edir. Bizim təklif etdiyimiz sərfəli və etibarlı həllər sizə texniki problemləri unutduracaq və fikrinizi öz biznesinizə cəmləşdirməyə yardım edəcək.