Şirkətimiz geniş çeşidli peşəkar həllər və xidmətlər təklif edir ki, bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

Müxtəlif növ kabellərin çəkilməsi:
Kabel şəbəkəsinin layihəsinin tərtib edilməsi
Şəbəkə kabellərinin çəkilməsi 
Ofis daxilində telefon kabellərinin çəkilməsi
Videomüşahidə vasitələrinin qoşulması üçün kabellərin çəkilməsi
Ofis və ya obyekt üçün optik lifli kabellərin çəkilməsi

Şəbəkə həllərinin tətbiq edilməsi:
Müxtəlif istehsalçıların aktiv şəbəkə avadanlıqlarının quraşdırılması və tənzimlənməsi: Cisco, HP, Huawei, Zyxel və s.
Müxtəlif protokolların köməyi ilə marşrutizasiya və kommutasiyanın qurulması
Aparat təhlükəsizlik sistemlərinin quraşdırılması və tənzimlənməsi
Naqilsiz şəbəkə avadanlıqlarının quraşdırılması və tənzimlənməsi (Wireless Controller, Access Point, Repeater və s.)

Serverlərin qurulması, idarə edilməsi və servisi:
Server İT infrastrukturunun, o cümlədən domen kontrollerlərinin, terminal xidmətlərin, Virtual Özəl Şəbəkələrin, poçt serverlərinin və s.  layihələndirilməsi, tətbiqi və servisi.
Virtualizasiya 
Windows, UNIX tipli platformalarda serverlərin idarə edilməsi
Poçt xidmətlərinin tənzimlənməsi
Məlumatların ehtiyat köçürməsi (backup) və bərpası.

Telefoniyanın təşkili və telefon stansiyalarının montajı:
Asterisk bazasında İP telefoniyanın tətbiqi
Asterisk bazasında videokonfrans sisteminin və lokal mesenjerin tətbiqi
Panasonic mini-ats bazasında analoq telefoniyanın tətbiqi
ATS sisteminin seçimində yardım göstərilməsi
Avadanlığın və zəruri lisenziyaların təchiz edilməsi
Bütün zəruri sistemlərin montajı
Sistemlə iş qaydalarının nümayiş etdirilməsi və öyrədilməsi

Veb-saytların yaradılması:
Saytların bütövlükdə işlənib hazırlanması
Saytların təkrar dizayn olunması
Saytlar üzrə dəstək
CMS-in tətbiqi
Loqotiplərin işlənib hazırlanması
Hostinq, domentlərin qeydiyyatı

Videomüşahidə sistemlərinin tətbiqi:
DVR-a yazmaq imkanı ilə videomüşahidə sistemlərinin quraşdırılması
Smartfonun, planşetin və ya adi kompüterin köməyi ilə uzaq məsafədən  videomüşahidə imkanı
Çəkilmiş materialın kameranın özündə və ya kompüterdə saxlanılması imkanı ilə İP kameraların quraşdırılması
Videodomofonların quraşdırılması və qoşulması
   
Giriş nəzarət sistemləri:
Xüsusi kartların köməyi ilə və/və ya barmaq izləri ilə identifikasiya sistemlərinin quraşdırılması
Giriş cihazlarının (kilidlər, turniketlər) quraşdırılması və idarə olunması
İşçilərin gəliş-gediş jurnalının aparılması, vaxt zonaları üzrə girişin məhdudlaşdırılması, hadisələrin real vaxtda monitorinqi imkanı və s.
Əməkdaşların məlumat bazasının yaradılması və aparılması (elektron kartoteka)

Təşkilatların IT-autsorsinqi:
Kompüter texnikası üzrə servis xidməti
Köməkçi cihazlar (printer, skaner, surətçıxarma cihazı və s.) üzrə servis xidməti
Müxtəlif növ proqram təminatının quraşdırılması
Server və lokal şəbəkələr üzrə servis xidməti
Müxtəlif növ şəbəkə avadanlıqları üzrə servis xidməti
Ofis telefoniyasının müxtəlif növləri üzrə servis xidməti
Veb saytlar üzrə texniki dəstək
Videomüşahidə sistemləri üzrə texniki dəstək
Giriş nəzarət sistemləri üzrə texniki dəstək
   Copyright © 2014-2016 by Estech