Şirkətimiz Azərbaycanın İT bazarında layihələrin həyata keçirilməsində böyük təcrübəyə malikdir. Biz müxtəlif müəssisələr, şirkətlər, mehmanxanalar və əyləncə mərkəzləri üçün İT həllər təqdim etmişik. Sifarişçilərimizin siyahısına daxil olan iri müştərilərə misal olaraq aşağıdakıları göstərmək olar:             «Park Qusar» istirahət mərkəzi. Orada bizim peşəkar mühəndis komandamızın köməyi ilə bütün kompleksin ərazisində  lokal və naqilsiz şəbəkə quraşdırılmışdır; «Level Club» əyləncə mərkəzi və restoran. Burada naqilsiz və lokal şəbəkə ilə yanaşı, videomüşahidə  sistemi də quraşdırılmışdır; "Agro-Azerinvest" MMC şirkəti. Burada bütün İT infrastrukturu, xüsusən server, şəbəkə bölməsi və Giriş Nəzarəti sistemi qurulmuşdur; "Primavera" mehmanxanası və biznes mərkəzi. Burada da bütün İT infrastrukturu qurulmasiyla yanaşı müştərilərə internetə çıxış yetkisi verilməsi və mehmanxananın daxili qiymət siyasətinə əsasən sürətin paylanması üçün xüsusi billinq sistemi qurulmuşdur.

   Copyright © 2014-2016 by Estech